Suallara cavab ödənişlidir - 10 AZN / Onlayn və Terminalla
Ramin
Salam.
Mende Vito yük maşınıdır 3.5 tondan az
Bilmek isteyirem ki bu maşın üçün brızqqovik qoymalıyam? Yeni maşın zavod istehsalında bunun olması ya olmamasını nece öyrene bilerem.Yolda dyp saxlayır buna göre.
2ci sualım ise bu maşını şexsi istifade üçün işleridirem. Bele olduqda da ferqlenme nişanı ve buraxılış vereqesi almalıyam?
3 cü sualım ise Vito sernişin üçün olan maşını (7yerlik) yene de şexsi istifade üçün işlediremse buraxılış vereqesi ve ferqlenme nişanı almalıyam ?
Teşekkürler Xeyirli işler
20:37 - 14.10.2025
AvtoStopadmin
Həmin modeldə təkərlərdən çıxan axıntıların qarışını alan kauçük materialdan qoruyucu var. Zavod istehsalı nəyi nəzərdə tutubsa o normativ hal hesab olunur. Əlavə rezin və sair taxmalar tələb oluna bilməz.
Şəxsi istifadə üçün minik bazasında olan yük və sərnişin avtomobili üçün xüsusi lisenziyaya və digər icazələrə ehtiyac yoxdur.
20:50 - 14.10.2025
Röyalə
Salam. 1 yaşlı uşaq avtokresloda ön oturacaqda gedə bilər? Uşaq hansı istiqamətdə qoyulmalıdı? Üzü yola ya arxaya? Birdə bununla bağlı qərar neçənci maddədi? Mən Polisə zəng edirəm biri deyir gedə bilər biri deyir gedə bilməz. Sübut kimi maddəni göstərmək istəyirəm.
09:06 - 09.09.2025
AvtoStopadmin
Yol hərəkəti haqqında Qanun, Maddə 56. Adamların daşınması
IX. Adamların daşınması: 2) 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq ... qadağan edilir.
QEYD: Xüsusi qurğu olduqda körpə uşaq da ön oturacaqda otura bilər. Oturacaq zavod istehsalçısı nəzərdə tutduğu istimaqətdə quraşdırılmalıdır.
09:30 - 09.09.2025
Shahin
Qələbə dairəsindən Musabəyov parkı istiqamətində Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edərkən, General Akim Abbasov küçəsinə dönmək mümkündürmü?
14:47 - 14.08.2025
AvtoStopadmin
Həmin istiqamətdə sola dönmək olmaz. Orada buna (yalnız düzünə - 2 dəfə təkrarlanan) 1.18 yol nişanlanma xətti icazə vermir. Habelə, intensiv hərəkəti nəzərə alsaq, soldan və sağdan gələn avtomobillərə yaşıl işıq olduğu üçün gedişatda təhlükə yaratmış olursunuz.
15:18 - 14.08.2025
isim
Salam menim avtomobilim 2016 Rang Rover voqdu meni bunu 2020 yigmiwam kapot faralar buferler ve stoplar bunda her hansisa qanunsuzluq var?
22:50 - 08.08.2025
AvtoStopadmin
Avtomobiliniz yeni modelə restaylinq olunduğuna görə bu barədə qeydiyyat şəhadətnaməsinə qeydlər aparılmalıdır. Gələcəkdə avtomobilin eyniləşdirilməsində problem yaradarsa, bu dəyişiklik hesabına dövlət orqanları nəqliyyat vasitəsini identifikasiya edə bilir.
Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı 27.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı zamanı onun sahibinə qeydiyyat şəhadətnaməsi verilir. 27.4. Nəqliyyat vasitəsinin texniki göstəricilərində, rəngində, mülkiyyətçisində dəyişiklik baş verdikdə, habelə mühərriki, şassisi (çərçivəsi), kuzovu və ya kabinəsi dəyişdirildikdə həmin nəqliyyat vasitəsi təkrar dövlət qeydiyyatına alınmalı və qeydiyyat şəhadətnaməsinə müvafiq dəyişiklik edilməlidir.
Qeydiyyat şəhadətnaməsi üçün 30 manat, texniki müayinə üçün 30 manat rüsum ödəməli olacaqsınız. Habelə, restaylinq olunma barədə ixtisaslaşdırılmış servis tərəfindən arayış alınaraq DYP Qeydiyyat İdarəsinə təqdim olunaraq proses həyata keçirilir.
23:01 - 08.08.2025
Üzeyir
18.07.2025 ci il tarixinde Saat 13:40 radelerinde Hava limani Zig magistral yolu ile Seher teref hereket etdiyim zaman Zig q si yaxinligindan kecen zaman arxamca 99 YP 292 nli Yol patrul masini yaxinlasaraq saxla emrini verdi.Masindan dusen polis serjanti meni patrul masinin yanina devet etdi.Sukan arxasinda oturan polis bas leytnanti manitorda mene 50 km/saat suret nisaninin tesir dairesinde 101 km/saat suretile hereket etmeyimi bildirdi.Polis serjanti bu erazide olum hadisesi cox olduguna gore bu kameraya birbasa bas idare nezaret etdiyi ucun menim 2200 azn yaxin cerime olacagimi(el telefonunda buna uygun bir maddenide gosterdi) ve suruculuk huququmdan mehrum edileceyimi bildirdi.Tebi ki bele durumda casib qaldigimi gordukde sene komeyimiz o olaraki tez sobeye gedek cerime sisteme vurulmamis orda hell edek.Xetayi r YPS de Otaqda olan emedasada cerimenin 2200 azn olmasini 1050 azn e hell ede bileceyini bildirib sonra ise yekun 850 azn cerimeni legv ede bileceyini bildirdi.Cixilmaz veziyyetde oldugum ucun razilasdim.Burda menden onalrin dediklerini yazmaqla erize formasini doldurdum. Bilmek isteyirdim ki qanun vericilikde yaşayış yerinde suret heddini ikiqat asanda bele bir cerime varmi?
04:36 - 02.08.2025
AvtoStopadmin
Siz 41-60 km/saat sürət həddini aşmaqla İnzibati Xətalar Məcəlləsinin 328-maddəsinin 3-cü bəndi ilə tənbeh olunmalı və 200 manat cərimə və 3 bal sanksiyası tətbiq olunmalı idi.
Bu cərimə isə yalnız xüsusi texniki vasitənin (radar) vasitəsilə avtomatik tərtib oluna və ani mərkəzləşdirilmiş sistemə oturmalıdır.
Buna görə YPX əməkdaşının sizi saxlaması, şöbəyə aparması və sair hallar qanunsuz haldır. Alınan pul vəsaitləri isə korrupsiya halıdır. Belə hallarda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət ünvanlanmalıdır.
Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır.
07:53 - 02.08.2025
Elnur
Salam, piyada keçidində piyadalara yol vermək məqsədilə dayanan avtomobili arxadan vurmaya görə hansı cərimə tətbiq olunur ? Zəhmət olmasa məlumat verərdiz. Çox sağolun
20:08 - 08.07.2025
AvtoStopadmin
İnzibati Xətalar Məcəlləsi 327.1 - 40 (qırx) manat cərimə tətbiq olunmalıdır. - Ara məsafəsi saxlanılmaması
İ.X.M. 330.0.1 maddəsi ilə cərimə tətbiq oluna bilməz.
20:30 - 08.07.2025
Xəyal
5 tona qədər olan dizel mühərrikli yük maşınlarının yanacaq atıqları gösdəricisi normada neçə olmalıdır ?zəhmət olmasa.
17:19 - 03.07.2025
AvtoStopadmin
Dəqiqləşdirdiyiniz məlumata əsasən Avro-5 standartı ilə dizel yanacaqlı yük avtomobilləri üçün dəm qazı (CO) normativi 1.5 g/kHw təşkil edir.
(Əsasnamə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.08.2014-cü il tarixli, 339 nömrəli Qərarı)
Gündüz saatlarında idarə etmək olar. Lakin, dönmə işıqları da ön optik cihazın (faranın) üstündədirsə və dönmə işıqları təkrar olaraq (yan güzgüdə və ya sağ-sol qanadlarda) yoxdursa avtomobilin idarə olunması tövsiyə olunmur. Evakuatorla aparılması daha məsləhətdir.
10:18 - 15.06.2025
Xəyyam
Salam. Qara Qarayev prospektilə gəlib sola özbəkistan küçəsinə dönürdüm. İşıqforun sola dönmə işığı yanıb sönən vaxt keçdim və bu zaman məndən 30-40 metr məsafədə köməkçi yolda ağaarın arxasında dayanmış inspektor, məni saxladı və öz şəxsi planşeti ilə uzaqdan çəkilmiş bir görüntü təqdim etdi, görüntüdə sadəcə maşının rəngi görsənirdi, maşının nömrəsi görsənmirdi yəni mənim maşınım olduğu bilinmirdi heç. Mənə qırmızıda keçdiyimi əsas gətirdi mən də başa salmağa çalışdım ki, qırmızıda keçməmişəm və dedim ki, siz öz şəxsi planşetiniz ilə çəkdiyiniz görüntü əsasında cərimə yazmağınız qanunsuzdur çünki, görüntü ancaq dövlət qeydiyyatında olan kamera ilə çəkilməlidir, bundan əlavə mən keçdiyim yerdə həm üzbəüzdə həm də solda kameralar quraşdırılıb əgər qayda pozmuşamsa mənə o cərimə görüntü ilə birgə göndəriləcək. Protokolun qərarsız yazılmasını tələb etdim və şikayyət edəcəyimi dedim. İndi bilmək istəyirəm ki, doğurdanmı bu cərimə yazılmalıdır? Inspektor məni gizlindən öz şəxsi planşeti ilə çəkib cərimə yaza bilərmi? Mən nə etməliyəm?
09:07 - 10.06.2025
AvtoStopadmin
Qeyd etdiyiniz kimi, sübut olaraq TŞK vasitəsiləri ilə buna aydınlıq gətirilə bilər. İşıqforun yalnız qadağanedici işığında keçmək olmaz. Hətta sarı işıqda belə (sürət az deyilsə, ani əyləcləmə təhlükə yaradarsa) keçilə bilər. Əgər protokol yazılıbsa, qərarsızdırsa, BDYPİ-nə müraciət edin. Protokol qərarlı tərtib olunubsa, protokolun qərarından (sübut tələb etməklə) məhkəməyə şikayət edə bilərsiz.
Keçid: e-xidmet.mia.gov.az/e-appeal
10:28 - 10.06.2025
Vaqif
Salam. Avtomobil sesbogucuya mudaxile sebebi ile cerime meydanchasina yerleshdirilib. Cerimeni odeyib, atvomobili evakuatorla servise apara bilerem?
21:09 - 04.05.2025
AvtoStopadmin
İlk növbədə avtomobil marka üzrə ölkədə rəsmi distribyutoruna, servisinə müraciət edilməli və səs-küy desibeli ölçülməli, səsboğucuya müdaxiləsi olub-olmaması barədə rəsmi qaydada arayış alınmalıdır.
Sadə avtomobillərdə 74dB, idman üslublu avtomobillərdə 90dB səs desibeli həddi olur.
Əgər müdaxilə olunmayıbsa və səs-küy həddini keçirsə İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə avtomobil nasaz olduğuna görə sizə 50 (əlli) manat cərimə yazılır. Yox, əgər müdaxilə varsa və səs-küy həddini aşırsa, İ.X.M. 342.3-cü maddəsi ilə 500 (beş yüz) manat cərimə tətbiq olunur.
Əlavə avadanlıq quraşdırıldığı (yerindəcə aradan qaldırılması mümkün olmadığı) təqdirdə avtomobil müvəqqəti saxlama duracağına yerləşdirilə bilər.
Avtomobil nasaz olduğu halda duracağa yerləşdirilməsi isə qanunla tələb oluna bilməz. Çünki, avtomobil nasaz olduqda onun İ.X.M. 98-ci maddəsi ilə istismarı qadağan edilir. Sürücünün idarəetmədən kənaşdırılması tətbiqi digər hallarda 96-cı maddə ilə nəzərdə tutulur. Avtomobil nasazdırsa, avtomobil evakuatorla servisə (ustaya) aparılır.
Habelə, istənilən halda YPX əməkdaşı tərəfindən protokol tərtib olunmalıdır.
Dövlət orqanlarının və əməkdaşlarının qanunsuz əməlləri və ya hərəkətsizliyi olduğu təqdirdə Respublika Baş Prokurorluğuna (012 961 qaynar xəttinə şifahi) müraciət oluna bilər.
İ.X.M. 98. Nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi Tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.
İ.X.M. 96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;
İ.X.M. 342.3. Mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi - 500 (beş yüz) manat cərimə tətbiq olunur.
İ.X.M. 342.5. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı - 50 (əlli) manat cərimə tətbiq olunur.
İ.X.M. 97.2. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.
Səsboğucuya müdaxilə aşkar edilmədikdə, rəsmi servisdən verilmiş arayış aidiyyatı DYP İdarəsinə təqdim olunur və sadəcə nasazdırsa, cəriməsi ödənilir və evakuatorla müvəqqəti saxlama duracağından çıxarılır.