☲ ONLAYN SUAL-CAVAB ☲

Suallara cavab ödənişlidir - 10 AZN / Onlayn və Terminalla
RSS
.
captcha
Bütün hüquqlar qorunur. © 2022 - AVTOSTOP.AZ
Rauf

Salam, məndə Ford Tranzit yük maşınıdır. Öz çəkisi 1699 kq, yük götürmə 2600 kq-dır, mənə fərqlənmə nişanı, sertifikat lazımdır?
Şəxsi istifadə üçün almışam. Çox sağ olun.

02:17 - 22.12.2025
Admin
AvtoStop admin

"Öz çəkisi 1699 kq, yük götürmə 2600 kq-dır."
- Yük götürmə çəkisi deyil, 2600 kq ümumi maksimal kütlənin göstəricisidir.

3.5 tona qədər olan (B kateqoriyası idarə olunan) nəqliyyat vasitələri bu qədər yük götürə bilməz və artıq vurulması qayda pozuntusudur. (İXM 327.1.D - Yük daşıma, 40₼)

Minik avtomobili bazasında olan yük avtomobillərinin ümumi maksimum kütləsi 3500 kq-dır.
Sizdə isə ümumi kütlə 2600 kq maksimal kütlə olduğuna görə yükün maksimal kütləsi 901 kq təşkil edir. (2600-1699=901)

Şəxsi (istehlak) istifadə üçün nəzərdə tutulan minik avtomobili bazasında olan yük avtomobili üçün əlavə fərqlənmə nişanına ehtiyac yoxdur. Əgər həmin nəqliyyat vasitəsi kommersiya məqsədilə istifadə olunarsa fərqlənmə nişanı almalı olacaqsınız.

08:22 - 22.12.2025
Vüsal

Salam aleykum, 1.11 nişanlama xəttindən geriyə dönmək olar?

22:45 - 11.12.2025
Admin
AvtoStop admin

Əgər orada 3.19 (geriyə dönmə qadağandır) yol nişanı yoxdursa geriyə dönmə əməliyyatını yerinə yetirmək olar.

22:58 - 11.12.2025
Nurgün

Salam ford tranzit markalı avtomobillə maksimum yük götürməsi 1.5 tondursa bu asildiqda nə qədər cərimə tədbiq olunur?

01:02 - 27.11.2025
Admin
AvtoStop admin

Ümumi kütləsi (yüklə birlikdə) 3.5 tona qədər olan avtomobillərdə yük çəkisinin artıq olması İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə təşkil edir.

İnzibati Xətalar Məcəlləsi, Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması
327.1. D) Yük daşıma - 40 AZN (balsız)

02:16 - 27.11.2025
Ramin

Salam.

Mende Vito yük maşınıdır
3.5 tondan az

Bilmek isteyirem ki bu maşın üçün brızqqovik qoymalıyam? Yeni maşın zavod istehsalında bunun olması ya olmamasını nece öyrene bilerem.Yolda dyp saxlayır buna göre.

2ci sualım ise bu maşını şexsi istifade üçün işleridirem. Bele olduqda da ferqlenme nişanı ve buraxılış vereqesi almalıyam?

3 cü sualım ise Vito sernişin üçün olan maşını (7yerlik) yene de şexsi istifade üçün işlediremse buraxılış vereqesi ve ferqlenme nişanı almalıyam ?

Teşekkürler
Xeyirli işler

20:37 - 14.10.2025
Admin
AvtoStop admin

Həmin modeldə təkərlərdən çıxan axıntıların qarışını alan kauçük materialdan qoruyucu var. Zavod istehsalı nəyi nəzərdə tutubsa o normativ hal hesab olunur. Əlavə rezin və sair taxmalar tələb oluna bilməz.

Şəxsi istifadə üçün minik bazasında olan yük və sərnişin avtomobili üçün xüsusi lisenziyaya və digər icazələrə ehtiyac yoxdur.

20:50 - 14.10.2025
Röyalə

Salam. 1 yaşlı uşaq avtokresloda ön oturacaqda gedə bilər? Uşaq hansı istiqamətdə qoyulmalıdı? Üzü yola ya arxaya?
Birdə bununla bağlı qərar neçənci maddədi? Mən Polisə zəng edirəm biri deyir gedə bilər biri deyir gedə bilməz. Sübut kimi maddəni göstərmək istəyirəm.

09:06 - 09.09.2025
Admin
AvtoStop admin

Yol hərəkəti haqqında Qanun,
Maddə 56. Adamların daşınması

IX. Adamların daşınması:
2) 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları, minik avtomobilinin arxa oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda 3 yaşınadək uşaqları (arxa oturacaqda yanında bir nəfər böyük müşayiətçi olduğu hallar istisna olmaqla) həmin nəqliyyat vasitələrində daşımaq ... qadağan edilir.

QEYD: Xüsusi qurğu olduqda körpə uşaq da ön oturacaqda otura bilər. Oturacaq zavod istehsalçısı nəzərdə tutduğu istimaqətdə quraşdırılmalıdır.

09:30 - 09.09.2025
Şahin

Qələbə dairəsindən Musabəyov parkı istiqamətində Həsən bəy Zərdabi küçəsi ilə hərəkət edərkən, General Akim Abbasov küçəsinə dönmək mümkündürmü?

14:47 - 14.08.2025
Admin
AvtoStop admin

Həmin istiqamətdə sola dönmək olmaz. Orada buna (yalnız düzünə - 2 dəfə təkrarlanan) 1.18 yol nişanlanma xətti icazə vermir. Habelə, intensiv hərəkəti nəzərə alsaq, soldan və sağdan gələn avtomobillərə yaşıl işıq olduğu üçün gedişatda təhlükə yaratmış olursunuz.

15:18 - 14.08.2025
isim

Salam menim avtomobilim 2016 Rang Rover voqdu meni bunu 2020 yigmiwam kapot faralar buferler ve stoplar bunda her hansisa qanunsuzluq var?

22:50 - 08.08.2025
Admin
AvtoStop admin

Avtomobiliniz yeni modelə restaylinq olunduğuna görə bu barədə qeydiyyat şəhadətnaməsinə qeydlər aparılmalıdır.
Gələcəkdə avtomobilin eyniləşdirilməsində problem yaradarsa, bu dəyişiklik hesabına dövlət orqanları nəqliyyat vasitəsini identifikasiya edə bilir.

Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 27. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatı
27.2. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı zamanı onun sahibinə qeydiyyat şəhadətnaməsi verilir.
27.4. Nəqliyyat vasitəsinin texniki göstəricilərində, rəngində, mülkiyyətçisində dəyişiklik baş verdikdə, habelə mühərriki, şassisi (çərçivəsi), kuzovu və ya kabinəsi dəyişdirildikdə həmin nəqliyyat vasitəsi təkrar dövlət qeydiyyatına alınmalı və qeydiyyat şəhadətnaməsinə müvafiq dəyişiklik edilməlidir.

Qeydiyyat şəhadətnaməsi üçün 30 manat, texniki müayinə üçün 30 manat rüsum ödəməli olacaqsınız. Habelə, restaylinq olunma barədə ixtisaslaşdırılmış servis tərəfindən arayış alınaraq DYP Qeydiyyat İdarəsinə təqdim olunaraq proses həyata keçirilir.

23:01 - 08.08.2025
Üzeyir

18.07.2025 ci il tarixinde Saat 13:40 radelerinde Hava limani Zig magistral yolu ile Seher teref hereket etdiyim zaman Zig q si yaxinligindan kecen zaman arxamca 99 YP 292 nli Yol patrul masini yaxinlasaraq saxla emrini verdi.Masindan dusen polis serjanti meni patrul masinin yanina devet etdi.Sukan arxasinda oturan polis bas leytnanti manitorda mene 50 km/saat suret nisaninin tesir dairesinde 101 km/saat suretile hereket etmeyimi bildirdi.Polis serjanti bu erazide olum hadisesi cox olduguna gore bu kameraya birbasa bas idare nezaret etdiyi ucun menim 2200 azn yaxin cerime olacagimi(el telefonunda buna uygun bir maddenide gosterdi) ve suruculuk huququmdan mehrum edileceyimi bildirdi.Tebi ki bele durumda casib qaldigimi gordukde sene komeyimiz o olaraki tez sobeye gedek cerime sisteme vurulmamis orda hell edek.Xetayi r YPS de Otaqda olan emedasada cerimenin 2200 azn olmasini 1050 azn e hell ede bileceyini bildirib sonra ise yekun 850 azn cerimeni legv ede bileceyini bildirdi.Cixilmaz veziyyetde oldugum ucun razilasdim.Burda menden onalrin dediklerini yazmaqla erize formasini doldurdum.
Bilmek isteyirdim ki qanun vericilikde yaşayış yerinde suret heddini ikiqat asanda bele bir cerime varmi?

04:36 - 02.08.2025
Admin
AvtoStop admin

Siz 41-60 km/saat sürət həddini aşmaqla İnzibati Xətalar Məcəlləsinin 328-maddəsinin 3-cü bəndi ilə tənbeh olunmalı və 200 manat cərimə və 3 bal sanksiyası tətbiq olunmalı idi.

Bu cərimə isə yalnız xüsusi texniki vasitənin (radar) vasitəsilə avtomatik tərtib oluna və ani mərkəzləşdirilmiş sistemə oturmalıdır.

Buna görə YPX əməkdaşının sizi saxlaması, şöbəyə aparması və sair hallar qanunsuz haldır. Alınan pul vəsaitləri isə korrupsiya halıdır.
Belə hallarda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət ünvanlanmalıdır.

Maddə 122. İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası
122.1. Bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir.
122.5. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır.

07:53 - 02.08.2025
Elnur

Salam, piyada keçidində piyadalara yol vermək məqsədilə dayanan avtomobili arxadan vurmaya görə hansı cərimə tətbiq olunur ? Zəhmət olmasa məlumat verərdiz. Çox sağolun

20:08 - 08.07.2025
Admin
AvtoStop admin

İnzibati Xətalar Məcəlləsi 327.1 - 40 (qırx) manat cərimə tətbiq olunmalıdır.
- Ara məsafəsi saxlanılmaması

İ.X.M. 330.0.1 maddəsi ilə cərimə tətbiq oluna bilməz.

20:30 - 08.07.2025
Xəyal

5 tona qədər olan dizel mühərrikli yük maşınlarının yanacaq atıqları gösdəricisi normada neçə olmalıdır ?zəhmət olmasa.

17:19 - 03.07.2025
Admin
AvtoStop admin

Dəqiqləşdirdiyiniz məlumata əsasən Avro-5 standartı ilə dizel yanacaqlı yük avtomobilləri üçün dəm qazı (CO) normativi 1.5 g/kHw təşkil edir.

(Əsasnamə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.08.2014-cü il tarixli, 339 nömrəli Qərarı)

17:50 - 03.07.2025
Səhifələr: ...