“QEYDƏ ALINMIŞDIR”

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyində

 

Qeydiyyat № 2671

“28” fevral 2001-ci il

 

Nazir ___________ F.Məmmədov

“TƏSDİQ EDİRƏM”

Azərbaycan Respublikası

Maliyyə Nazirliyi

 

“26” fevral 2001-ci il

Əmr № 1-22

 

Nazir __________ Ə.Ələkbərov

 

 

YÜK AVTONƏQLİYYATI ÜÇÜN YOL VƏRƏQİ(FORMAYV-2) FORMA VƏ REKVİZİTLƏRİ VƏ ONLARDAN İSTİFADƏ QAYDALARI

 

1.   Bu qaydalarMühasibat uçotu haqqındaAzərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 1998-ci il tarixli 86 saylı Qərarı ilə təsdiq edilmişMaliyyə hesabatı kimi istifadə olunan biletlərin, qəbzlərin, talonların, putyovkaların və onlara bərabər tutulan digər sənədlərin hazırlanmasına xüsusi razılıq (lisenziya) verilməsi qaydalarına əsasən hazırlanmışdır.

2.   Yük avtonəqliyyatı üçün yol vərəqi” (formaYV-2 əlavə edilir) yuxarıda göstərilən qaydaların 6.1.1. bəndinin tələblərinə uyğun hazırlanaraq həmin blankların keyfiyyətinin artırılması və bu sahədə mühasibat uçotunun avtomatlaşdırılmasının düzgün aparılması üçün nəzərdə tutulmuşdur (bundan sonra ciddi hesabat blankı adlandırılacaqdır). Şəhərlərarası, şəhərdaxili və şəhərətrafı yük daşıyan nəqliyyat vasitəsinin işini həyata keçirmək üçün tətbiq edilən bu yol vərəqi əsasında həmin nəqliyyat vasitəsinin gün ərzində ( xüsusiyyətlərinə uyğun olaraq həftə, 10 gün, ay və s.) gördüyü işin və sərf etdiyi yanacağın həcmi əyyən edilir.

3.   Göstərilən ciddi hesabat blankları onları tətbiq edən hüquqi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən, forma və rekvizitləri və onlardan istifadə qaydaları və eyni nömrə ilə çap ediləcək nüsxələrin miqdarı qanunvericilikdə nəzərdə tutulduğu kimi Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanıb təsdiq edildikdən və Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alındıqdan sonra yalnız Maliyyə Nazirliyinin xüsusi razılıq (lisenziya) verdiyi şəxslərdən (mətbəələrdə) sifarişçilərin vəsaiti hesabına çap etdirilərək özlərinin uçot siyasətini və bu Qaydalara uyğun istifadə edilir.

4.   Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) ciddi hesabat banklarının üzərinə aşağıdakı rekvizitləri mütləq həkk edir:

       Sifarişçinin tam adını və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN-ini);

       Ciddi hesabat blanklarını çap edən mətbəənin özünü müdafiə məqsədilə özünün gizli nişanlarını (şərti qəbul edilmiş emblem, tor və s.) və VÖEN-ini;

       Ciddi hesabat blanklarının seriya və nömrələrini;

       Azərbaycan Respublikası Maliyyə Nazirliyinin gerbli dairəvi möhürünün diametrinin 1-1,5 sm.-dək kiçildilmiş çoxrəngli formasını.

5.   hər hansı bir sifarişçi üçün eyni adda, eyni seriyada eyni nömrədən ciddi hesabat blanklarından təkrar çap etmək qadağan edilir.

6.   Ciddi hesabat blanklarının istifadəsinə nəzarət onun seriya vəş nömrələrinə əsasən həyata keçirilir.

7.   Xüsusi razılıq (lisenziya) verilmiş şəxs (mətbəə) çap etdiyi ciddi hesabat blanklarının adını, seriyasını, nömrəsini və digər lazımi göstəricilərini eyni zamanda onları sifariş verən şəxsin (sifarişçinin) tam adını, VÖEN-ini, ünvanını və digər lazımi göstəricilərini özündə əks etdirən məlumatı hər ay Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim edir.

8.   Ciddi hesabat blanklarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada əssisənin anbarında saxlanılmaqla uçotu aparılır, əssisə rəhbərinin icazəsi ilə anbardan təhtəlhesab şəxslərə (icraçılara) qaimə - faktura əsasında verilir və onlarla tam maddi-məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır. Verilmiş ciddi hesabat blanklarının uçotu 006 saylı (büdcə idarələrində 004 saylı)Ciddi hesabat blanklarıadlı balansarxası hesabda, mədaxil, məxaric üzrə hərəkətinin qeydiyyatı isə əmlakın (qiymətlilərin) uçot kartı forma №-1Q-də materialların uçotu qaydasında aparılır.

9.   Ciddi hesabat blanklarını cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz (korlanmış ciddi hesabat blanklarının əvəzinə başqası doldurulur). Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibata təhvil verilir və əyyən dövrdə mühasibata yoxlama (təftiş) keçirildikdən sonra həmin blanklar mövcud qanunvericiliyə uyğun arxivə təhvil verilir.

10. Yük avtonəqliyyatı üçün yol vərəqi” (formaYV-2) xəttə çıxan müxtəlif markalı yük daşıyan nəqliyyat vasitələrinə verildiyindən onların rekvizitləri xüsusiyyətlərinə uyğun olaraq yoldurulur.

Yük avtonəqliyyatı üçün yol vərəqinin (bundan sonrayol vərəqi”) üz səhifəsinin başlığında Nazirlik, Şirkət, Departament və s. yuxarı təşkilatların baş idarə, birlik, avtokombinat, əssisə və ya idarənin adı, yol vərəqinin yazıldığı tarix (gün, ay və il) göstərilir.

Yol vərəqinin I bölməsində sürücünün adı, soyadı, atasının adı; sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi və dərəcəsi; nəqliyyat vasitəsinin adı, markası, dövlət qeydiyyat nişanı; qoşqu - yarımqoşqunun dövlət qeydiyyat nişanı; yük avtomobilinin getdiyi marşrutun istiqaməti; xüsusi razılıq (lisenziya) vərəqəsinin rekvizitləri (seriya, nömrə və verildiyi tarix) - yük avtomobilini göndərən dispetçer tərəfindən doldurulur.

Dövlət yol polisinin, hərəkət təhlükəsizliyinin, xətt və s. işçiləri üçün nəqliyyat vasitələrinin işi haqqındaxüsusiqeydləri üçün boş yerlər saxlanılır.

I Tapşırıq cədvəlinin sol tərəf hissəsindəGöndərilirrekvizitində sifarişçinin adı, ünvanı, işin və ya tapşırığın icrasına dair müqavilənin I-si, yük avtomobilinin göndərildiyi tarix; “Yol vərəqini verən məsul şəxsrekvizitində isə dispetçerin soy adı, adı, atasının adı üzrə məlumatlar işin, tapşırığın icraçısı olan avtonəqliyyat əssisəsinin dispetçeri tərəfindən doldurulur və imzası ilə təsdiq edilir.

Xəttə çıxma vaxtı”, “Xəttdən qayıtma vaxtırekvizitlərindəkitapşırığa görə (nəqliyyat vasitəsinini qrafik üzrə xəttə çıxma vaxtları) vəfaktiki” (nəqliyyat vasitəsinini faktiki xəttdən qayıtma vaxtları) sütunları üzrə məlumatlar dispetçer,Sayğacın göstəricisi, km.” rekviziti üzrə məlumatlar isə növbətçi mexanik tərəfindən doldurulur. Bundan başqa mexanik nəqliyyat vasitəsinini texniki cəhətdən saz halda olduğuna görə xəttdə çıxmaq üçüün icazə verdiyini və xəttdən qayıdanda yük avtomobilini qəbul etdiyini; sürücü isə nəqliyyat vasitəsinini texniki cəhətdən saz halda qəbul etdiyini nə xətdən qayıdanda yük avtomobilini təhvil verdiyini imzaları ilə təsdiq edir, soy adlarını, adlarını, atalarının adlarını qeyd edirlər.

I Tapşırıq cədvəlinin sağ tərəf hissəsindəYanacaq (litrlə)” rekvizitində işin əvvəlinə yük avtomobilinin bakında olan yanacaq qalığına; sürücüyə tapşırığın icrası üçüün verilmiş yanacağın miqdarına (litrlə); ərzində sərf olunmuş yanacağın (norma üzrə və faktiki) miqdarına və işin sonuna avtomobilin bakında olan qalığına dair məlumatlar yanacaq-sürtgü materialları üzrə məsul şəxs tərəfindən doldurulur və adını, soy adını, atasının adını qeyd etməklə dürüstlüyünü imzası ilə təsdiq edilir. Əkər yanacaqdoldurma məntəqəsi yoxdursa, alınacaq yanacağın pulu sürücüyə mühasibatlıq tərəfindən verilir və pulu verən kassir vəsaitin miqdarını imzası ilə təsdiq edir. Sürücü yanacağı və ya yanacağa görə aldığı vəsait üçün, müvafiq qaydada imza edir.

I Tapşırıq cədvəlinin yanacaq üzrə hissəsinin doldurulması yalnız dövlət əssisəsi üçün məcburidir.

Tapşırığa görə sərf olunacaq yanacağın miqdarı hər bir yük avtomobili üçün istehsalçı zavod tərəfindən 100 km yürüş üçün əyyən olunmuş normalara əsasən, konkret şəraitə, mövcud normativ-hüquqi aktlara uyğun düzəlişlər aparılmaqla, differensasiya edilmiş xətti yanacaq normaları avtonəqliyyat əssisəsinin və ya onun baş idarəsinin rəhbərliyi tərəfindən əyyən edilir və təsdiq edilir.

Sürücü tapşırığı yerinə yetirdikdən sonra yol vərəqini 3 gün müddətində avtonəqliyyat əssisəsinin mühasibatlığına təqdim etməlidir.

Yol vərəqinin talonunun surəti avtonəqliyyat əssisəsinin məsul şəxsi tərəfindən tapşırıq yerinə yetirildikdən sonra doldurularaq nəqliyyat xidmətinə görə haqq-hesab hesablamaqlakəsmə xəttiüzrə kəsilərək ödəniş aparılması üçün hesab-faktura ilə birlikdə sifarişçiyə təqdim olunur (göndərilir).

Yol vərəqinin arxa hissəsində II və III bölmələrin rekvizitləri doldurulur. II bölmədə nəqliyyat vasitəsinin gün ərzində ( xüsusiyyətlərinə uyğun olaraq həftə, 10 gün, ay və s.) gördüyü haqqında məlumatlar əks etdirilir və avtomobildən istifadə edən sifarişçi tərəfindən imza ilə təsdiq edilir.

Hər günün sonunda (əssisə və idarənin xüsusiyyətlərinə uyğun olaraq həftənin, öngünlüyü və s.) tam doldurulmuş, dispetçer və istismar şöbəsinin rəhbərliyi tərəfindən yoxlanılmış yol vərəqələri hesabat qaydasında nəqliyyat vasitəsi müvafiq idarənin, müəssisənin mühasibatlığında reyestrlə təhvil verilir.

Mühasibatlıq öz növbəsində yol vərəqində sifarişçi tərəfindən istifadə edilən nəqliyyat vasitəsinin xidmətinin dəyərinin haqq-hesabını yol vərəqinin III böməsində əks etdirir. III bölmədə (yol vərəqinin talonu) qeydlər aparıldıqdan və yol vərəqinin (forma N YV-2) bütün rekvizitləri (üz və arxa hissələri üzrə) doldurulduqdan sonra ciddi hesabat blankı kimi avtonəqliyyat müəssisəsinin mühasibatlığında saxlanılır.

11. Bu Qaydaların tələblərini pozanlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 



II. Nəqliyyat vasitəsinin gördüyü iş:

 

Sıra sayı

İşin icrası haqqında məlumat (haradan haraya)

Getdiyi yürüş (km.)

Daşıdığı yükün miqdarı

Daşman yükün sənədi

Nəqliyyat vasitəsindən istifadə edənin imzası

1

2

 

 

 

 

 

3

 

 

 

 

 

4

 

 

 

 

 

5

 

 

 

 

 

 

Boşdayanmalar ____________________________________________________________________________

(vaxtı və səbəbi)

__________________________________________________________________________________________

 

Dispetçer _________________________________________________________________________________

(s.s.a., imzası)

İstismar şöbəsinin rəisi _____________________________________________________________________

(s.a.a., imzası)

 

III. Nəqliyyat xidmətinə görə hesablaşmalar üçün

 

________________________________________________________________________ Yol vərəqinin talonu

(seriya və nömrələr mətbəə tərəfindən həkk edilir)

Tarix ______________________________ _________________________________________________________________

        (gün, ay, il)       (avtomüəssisənin adı)

Nəqliyyat vasitəsi ___________________________________________________________

(markası dövlət qeydiyyat nişanı)

______________________________________________________________________________ Sərəncamında işləmişdir

(sifarişçi müəssisənin adı)

iş saatı __________________ km. _________________________ M.Y. ___________________________

(imza)

 

nəqliyyat xidmətinə görə haqq-hesab:

 

_______________________________________________________________________________________________

 

___________________________________________________________

(imza)